Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar filmə baxıldı

           24.02.2022-ci il tarixində Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar tarix müəllimləri Qurbanova Jalə və Qurbanova Esmira şagirdləri akt zalında toplayaraq Xocalı soyqırımı, erməni vandalizmi haqqında ətraflı məlumat verdilər. Bildirildi ki, 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə Azərbaycan əhalisinə qarşı tarixdə görünməmiş soyqırım törədilib. Minlərlə insan qətlə yetirilib, yüzlərlə insan əsir götürülüb, bir çoxları da soyuqdan donaraq həlak olublar. 

Sonra isı şagirdlər “Yarımçıq arzular” filminə baxdılar.

         Tədbir zamanı məktəbin 7b sinif şagirdi Kazımlı Fatimə öz rəssamlıq bacarığını nümayiş etdirdi. Bizə zəfər bəxş edən ll Qarabağ müharibəsini əks etdirən rəsm bizə az da olsa həmin acılı günləri unutdurmağa, gələcəyə daha ümidlə baxmağa və şəhidlərimizin qisasını yerdə qalmadığına bir ümid oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi