Şagirdlərimiz eTwinning layihəsində müsabiqədə iştirak edib

Təhsil Nazirliyinin eTwinning Azərbaycan layihəsi çərçivəsində şagirdlər üçün ənənəvi olaraq növbəti müsabiqənin elan olunduğu barədə məktəbə göndərilən məlumat şagirdlərimizin böyük marağına səbəb olub. Müsabiqənin şərtlərinə görə şagirdlər “Mənim böyük ideyam” (My big idea) mövzusunda fərdi və komanda şəklində təqdimatlar hazırlamalıdırlar. Müsabiqədə iştirak etmək üçün şagirdlər gündəlik həyatda rastlaşdıqları bir problem barədə araşdırma aparmalı, aşkar etdikləri problemi süni intelekt və ya müasir texnologiya vasitəsilə həll yolunu təqdim etməlidirlər. Şagirdllərin təklif etdiyi həll yeni bir innovasiya və ya ideya olmalıdır. Real dünya problemlərin öhdəsindən gələ bilmək üçün şagirdlər rəqəmsal düşüncə, proqramlaşdırma, tənqidi düşüncə və problemin həll etmə bacarıqlarını nümayiş etdirmiş olacaqlar. Təqdimatlar esse və ya videorolik şəklində təqdim olunmalıdır.

               Bundan əlavə məktəbimizin ingilis dili müəllimi Mirzəyeva Nəzakət eTwinning beynəlxalq müsabiqəsində 6-a sinif şagirdləri ilə “Kəlbəcərə qayıdış” layihəsində iştirak etmiş və şagirdlərimiz sertifkatlarla təltif olunmuşlar. 

        Görüş zamanı şagirdlərə sertifkatlarıda təqdim olunub. Şagirdlərimizi təbrik edir, müvəffəqiyyətlər arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi