Məktəbimizin gənc yazarı

Məktəbimizdə yaradıcı şagirdlərə xüsusi diqqət yetirilir və belə şagirdlərin təqdimatları silsilə hal olaraq məktəb rəhbərliyi, müəllim və şagird heyətinin böyük marağına səbəb olur.

                Növbəti belə təqdimatı 8-ç sinif şagirdi Məmmədova Şəlalə etdi. “Qanad açan arzular” adlı kiçik hekayəsi şagirdlərin xüsusi marağına səbəb oldu. Yazdığı hekayədə fantastikaya üstünlük verən Şəlalənin bədii təsvir və ifadə vasitələrindən düzgün istifadəsi Ədəbiyyat müəllimi Cəvahir Rəsulzadənin diqqətindən yayınmadı. Təqdimatda iştirak edən 9-a sinif şagirdləri hekayənin müzakirəsində fəallıq göstərdilər. Hekayə şagirdlər tərəfindən böyük marağa səbəb oldu. İlk əvvəl hekayəsini təqdim etməyə tərəddüd edən Şəlalə təqdimatın sonunda qürurlu və özünə əmin danışırdı.

                Təqdimatın şagirdlər tərəfindən maraqla qarşılandığını görən və digər belə istedadlı şagirdlərimizin olduğunu deyən məktəbimizin direktoru Ə.Sədaqətin təklifilə hər həftənin 2-ci günü kitabxanada belə təqdimatın silsilə şəkildə keçiriləcəyini bildirdi.

                Sonda şagirdlər və müəllimlər maraqlı və fantastik, şagirdin təxəyyülünün məhsulu olan hekayəyə görə gənc yazar Şəlalə Məmmədovaya təşəkkürlərini bildirdilər və növbəti hekayərin təqdimatını maraqla gözləyəcəklərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi