Gənclər Günü ilə əlaqədar məktəbin bir qrup gənc məzunları ilə görüş

          04.02.2022-ci il tarixində Gənclər Günü ilə əlaqədar məktəbin bir qrup gənc, istedadlı, həyatda öz sözünü demiş gənc məzunlarla görüş keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və az sayda şagird heyəti iştirak edirdi. Gənc məzunlar arasında həkim terapevt Pərvanə Fətullayeva, gənc araşdırmaçı-yazar Yeqzar Cəfərli, fransız dili üzrə sinxrom tərcüməçi Vəliyeva Çimnaz, Pentensiar xidmət əməkdaşı Vüqar Ələkbər, kamança ifaçısı Muradov Ceyhun iştirak edirdilər. 

         Tədbir Azərbaycan Respublikası dövlət himninin səslənməsi ilə başlandı. Daha sonra tədbir məktəbin istedadlı, eyni zamanda “ Natiq ritm qrupu”nun üzvləri olan şagirdlərimizin möhtəşəm çıxışı ilə davam etdi.

         Məzunlar çıxış edərkən dəvətə görə rəhbərliyə təşəkkürlərini bildirdilər.

         Gənc məzunlarımızın timsalında bütün gəncləri təbrik edir, onlara uğur və müvəffəqiyyətlər arzulayırıq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi