Gənc müəllimlərlə görüş keçirildi

           2 Fevral- Gənclər Günü münasibətilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan bir qrup gənc müəllimlə görüş keçirilib.

Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil Naziriliyi yanında İctimai Şuranın üzvləri Etibar Əliyev, Pərvanə Məmmədova, İdarənin müvafiq struktur bölmə rəhbərləri və gənc müəllimlər iştirak ediblər.

           Mehriban Vəliyeva gənc müəllimləri təbrik edərək, 2 Fevral- Gənclər Gününün tarixindən bəhs edib. Bildirib ki, 1997-ci ildə ümumilli lider Heydər Əliyevin sərəncamı ilə təsis olunan Gənclər Günü ulu öndərin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi.

Görüşdə məktəbimizi Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edən gənc müəllimlərimiz Əliyeva Tükəzban və Həsənova Qaratel təmsil edirdilər.

Görüşdən xoş təəssüratlarla ayrılan müəllimlərimiz təşkilatçılığa və xoş sözlərə görə idarə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi