“Düşünən oxucu” müsabiqəsi

           Təhsil Nazirliyi V-IX sinif şagirdləri arasında “Düşünən oxucu” müsabiqəsi keçirir. 3 mərhələdən ibarət olan müsabiqənin məktəb mərhələsi 5-21 yanvar tarixlərində ümumi təhsil müəssisələrində, rayon ( şəhər) mərhələsi 24 yanvar – 7 fevral tarixlərində bölgələrdə, ölkə mərhələsi 8-21 fevral 2022-ci il tarixlərində videotəqdimatların qiymətləndirilməsi formatında Bakı şəhərində həyata keçiriləcək. 

            Müsabiqədə təqdim olunan 35 ədəbiyyat siyahısından istifadə etməklə şagirdlər 5 dəqiqəlik videotəqdimat hazırlayırlar. 

            Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə mütailə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılmasıdır. 7-ci sinif şagirdlərimiz müsabiqədə daha çox fəallıq göstərdilər. Müsabiqəyə 7-b şagirdləri Qurbanzadə Leyla, Quliyev Ağamehdi, Hacıyeva Ayla, Hüseynli Almaz, 7-e sinif şagirdi İbadova Zeynəb qatıldılar. Müsabiqədə iştirak edən bütün şagirdlərə uğurlar arzulayırıq. 

         

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi