Qanlı 20 Yanvar faciəsinin 32-ci ildönümü

Müstəqil Azərbaycan dövlətinin tarixinə qanla yazılan 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqının azadlıq uğurunda mübarizliyini təcəssüm etdirən və müstəqilliyə qovuşmaq üçün şəhid verməyə hazırlığının bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Ümumixalq Hüzn günü kimi qeyd olunur.

            Yanvarın 19-da məktəbin akt zalına 6-d sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş “Qara Yanvar” adlı tədbir keçirdi.

             Tədbir Azərbaycan Respublikasının Himninin səslənməsi ilə başladı. Sonra şəhirdlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi.

             Aparıcılar 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verdilər. Qeyd olundu ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq uğurunda mübarizə əzimini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazıdlar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

            Bundan əlavə şagirdlər şeirlər səsləndirib, “Şəhidlər” mahnısını da ifa etdilər.Tədbirdə məktəbin direktoru Əliyeva Sədaqət, direktor müavini Əliyev Cavanşir, xarici dil müəllimi Fətullayeva Elmira, informatika müəllimi Əsgərova Təranə iştirak edirdi. Sonda Cavanşir müəllim çıxış edərək şagirdlərə öz təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi