“Heydər Əliyev irsinin öyrənilməsi”

         Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda silsilə dərslər keçirilir. Növbəti belə dərs 07.01.2022-ciil tarixində məktəbimizdə təşkil olundu. Dərsdə məruzəçi 187 nömrəli məktəbin tarix müəllimi Bağırov Eldar idi. Dərsin təqdimatında Sabunçu rayonundakı 12 məktəbin nümayəndəsi şagirdlərlə qatılmışdı. Qonaqlar arasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun baş məsləhətçisi Hətəmov Tural və məktəb direktorları var idi.                                                                

         Dərslərin keçirilməsində əsas məqsəd Ulu Öndərin dövlətçilik siyasəti və Azərbaycançılıq ideologiyasınınöyrənilməsi, zəngin irsinin tədqiqi və bütün bu biliklərin şagirdlərə-gənc nəsilə çatdırmaqdır. Dərslər şagirdlər tərəfindən maraqla qarşılanır. Dərsin sonunda məktəbimizin tarix müəllimi C.İsfəndiyar çıxış edərək maraqlıfaktlara toxundu və dərsə yekun verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi