Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə yekun tədbir keçirildi

            Məktəbin tədbirlər planına əsasən 24.12.2021-ci ildə Nizami Gəncəvinin “Mən fikirlər ustadıyam,Fəzilətin bir ümmandır” adlı yubiley tədbiri keçirildi. 
            2021-ci il dahi şairin 880 illik yubileyi müasibətilə “Nizami Gəncəvi ili” elan edilmişdir. 
Məhz bu müasibətlə məktəbdə silsilə tədbirlər keçirilmişdir. 24.12.2021-ci ildə baş tutan yekun tədbir məktəbin Azərbaycan dili müəllimləri Bağırova Günel, Rəsulzadə Cəvahir, musiqi müəllimi Nuriyeva Çiçək tərəfindən təşkil edilmişdir. 
             Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsilə başlandı. Daha sonra aparıcılar şairin həyat və yaradıcılığı haqqında məlumat verdilər. Şairin “ Sirlər Xəzinəsi” poemasından, “Kərpic kəsən kişinin dastanı” və “Sultan Səncər və Qarı” mənzum hekayələri şagirdlər tərəfindən səsləndirilmişdir. Şairin “Sevgili Canan” romansı məktəb xoru tərəfindən səsləndirildi. Tədbir boyu qonaqlarla əyləşən Nizami Gəncəvi obrazı tədbirin sonunda səhnəyə gəldi və şagirdlərlə dialoq qurdu. Şagirdlər ona suallar verdilər və minnətdarlıqlarını bildirdilər. 
             Eyni zamanda məktəbin təsviri incəsənət müəllimi Bağırova Xatirənin Nizami Gəncəvi yaradıcılığına həsr etdiyi sərgisi də keçirildi. 
Tədbirdə çıxış edən məktəbin direktoru Əliyeva Sədaqət qonaqları təqdim etdi. Tədbirdə Bələdiyyənin sədr müavini Qədirova Ağanəcəf, Bakı Gənclər və İdman İdarəsinin rəisi Rakif müəllim, baş məsləhətçisi Taleh müəllim, aparıcı məsləhətçi Elnarə xanım iştirak edirdi. 
             XII əsrdə yaşamış Nizami Gəncəvi bizə öz müasirimiz kimi doğma və əzizdir.Əsərlərinin əsas mövzusunu elmin, biliyin, zəhmətin üstünlüyünə hsər edən dahi şair ideal hökmdar axtarışında olmuşdur.
             Tədbirdə prezidentimizin 60 illik yubleyini vurğulayan aparıcılar və qonaqlar müzəffər Ali baş komandanmızı təbrik etmiş, ona məsuliyyətli işində uğurlar arzulamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi