"Milli Azərbaycan Musiqi günü" münasibəti ilə Üzeyir Hacıbəyovun 131 illinə həsr olunmuş dərs keçirildi

Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur.Azərbaycanın gözəl guşələrindən biri olan Ağcabədidə dünyaya gəlmiş, Şuşada ilk təhsilini almış, müqəddəs Şuşanın ab-havasının təsirini, Natəvan dünyasının, musiqişünas Mir Möhsün Nəvvab sənətinin, fikrinin təsirini duymuş, sonra Qori semi-nariyasında yüksək təhsil almış və nəhayət, Sankt-Peterburqda konservatoriyanı bitirmiş Üzeyir Hacıbəyov beləliklə böyük, parlaq yaradıcılıq yoluna başlamış və bu yaradıcılıq yolunu şərəflə keçmiş, Azərbaycan xalqının tarixində görkəmli bir yer tutmuşdur. Üzeyir Hacıbəyov uşaqlıqdan, gənc vaxtlarından məhz fitri istedadına görə çox şeyləri öyrənməyə çahşmış və öyrənmişdir. Azərbaycanın tarixini öyrənə bilmiş, mədəniyyət tarixini və xalqımızın musiqisini öyrənmiş, musiqiyə böyük həvəs göstərmişdir. Bütün bunların hamısını özündə cəmləyərək, Azərbaycan xalqının zəngin musiqi xəzinəsindən bəhrələnərək 22 yaşında "Leyli və Məcnun" operasını yazıb dünyaya təqdim etmiş və bununla da böyük bəstəkar kimi özünü tanıtmış, fəaliyyətə başlamışdır. Azərbaycanda opera sənətinin tarixi "Leyli və Məcnun" operası ilə başlayır. Azərbaycan xalqının böyük və zəngin teatr tarixi var. Onun banisi böyük Mirzə Fətəli Axundov olmuşdur. Azərbaycan opera sənətinin, opera teatrını banisi isə Üzeyir Hacıbəyovdur. Onun yaradıcılığı sayəsində, əsasında və onun tükənməz fəaliyyəti nəticəsində Azərbaycanda böyük opera sənəti, opera və balet teatrı inkişaf etmiş və bu gün bizim dünya şöhrətli opera sənətimiz var, opera və balet teatrımız var.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi