“Xarıbülbül qoxulu-Zəfər Günümüz adlı tədbir keçirildi”

8 Noyabr-Zəfər Günüdür. Bu münasibətlə məktəbimizdə silsilə tədbirlər keçirildi. Belə tədbirlərdən biri 5 Noyabr 2021-ci ildə məktəbin Azərbaycan dili müəllimləri Bağırova Günel və Rəsulzadə Cəvahirin təşkilatçılığı ilə 7-e və 9-c sinif şagirdlərinin iştirakı ilə akt zalında keçirildi.Tədbirdə məktəb rəhbərliyi, müəllim heyəti, şagirdlər Vətən müharibəsi qaziləri də iştirak etdilər.

            Tədbir Azərbaycan Respublikası Dövlət Himninin oxunması ilə başladı. Daha sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olundu. Sonra şagirdlər ordumuzun ötən ilin sentyabr ayının 27-də başlatdığı əks-hücum əməliyyatlarının Zəfər yürüşünə çevrilməsindən danışdılar.   

            Şagirdlər “Yaşa mənim xalqım”, “Xudayar təsnifi” ni səsləndirib, şeirlər söylədilər.

            Gəncə terrorunu, ordumuzun düşmən mövqelərini dəf edərək Azərbaycan Bayrağını taxması səhnələri nümayiş olundu. Şagirdlərimiz tərəfindən hazılanmış videoçarxlar nümayiş olundu. Həmçinin qazilər keçdikləri döyüş yolundan söhbət açdılar. Vətən müharibəsi iştirakçılarına təşəkkürnamələr təqdim olundu.Tədbirin sonunda məktəbin direktoru Əliyeva Sədaqət, məktəbin direktor müavini Əliyev Cavanşir çıxış edərək tədbirdə iştirak edən şagirdlərə və tədbir iştirakçılarına təşəkkür etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi