Sabunçu rayonu məktəblilərinin “8 Noyabr Zəfər Günü” nə həsr olunmuş sərgidə iştirakı

02.11.2021-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakı Gənclər Mərkəzinin qarşısındakı istirahət parkında Sabunçu rayonu İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfər Günü”  münasibətilə Sabunçu rayon məktəblilərinin rəsmlərindən ibarət sərgi keçirildi.

            Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, rayonun ümumtəhsil müəssisələrinin direktorları və digər qonaqlar iştirak etdilər.

            Sərgidə məktəbimizin 8-ci sinif şagirdləri təmsil edirdi.Şagirdlərimizin çəkdiyi rəsmlər sərgiyə gələn qonaqların marağına səbəb oldu.

Sonda rəsm müəllimlərindən ibarət münsiflər qalibləri seçdilər. Qalib məktəbliləri diplom və medallarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi