Şəhidlər Xiyabanı və “Zəfər muzeyi” nə ekskursiyalar təşkil olunur.

Şagirdlərimizi vətənpərvərlik ruhunda formalaşmasına böyük önəm verən müəllimlərimiz mütamadi olaraq onlarla bu mövzuda söhbətlər aparır, gəzintilər təşkil edir və tədbirlər keçirirlər.

              Belə gəzintilərdən birini məktəbin Azərbaycan dili müəllimi Bağırova Günel 7 e sinif şagirdləri ilə təşkil etdi. İlk öncə II Qarabağ müharibəsində həlak olan şəhidlərimizin məzarları ziyarət olunudu.Şagirdlər burda göz yaşlarına hakim ola bilmirdilər. Daha sonra “Zəfər muzeyi”nə ekskursiya təşkil olundu. Şagirdlər 44 günlük müharibə dövründə ordumuzun ələ keçirdiyi məhv olmuş düşmən texnikasına baxarkən qürur hissləri keçirdilər.

             Sonda bütün şagirdlər “ Qarabağ Azərbaycandır! “ şüarı səsləndirdilər.

https://youtu.be/HfqNb93SmTk

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi