18 oktyabr-Müstəqilliyimizin Bərpası Günü

                Oktyabr 15-də Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olunub. 18 oktyabr- Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib. Müstəqilliyimizin Bərpası Günü ilə əlaqədar məktəbin dərs hissə müdiri Əliyev Cavanşir, tarix müəllimi Qurbanova Jalə kitabxana da 9-cu siniflərlə “Müstəqilliyimiz bizə nə verdi? “ adlı dəyirmi masa keçiriblər. Şagirdlər bu mövzuda hazırladıqları təqdimatları təqdim edib, müzakirələr aparıblar.                                                                                                   Eyni zamanda məktəbin 4-d sinif şagirdləri də bu günü xüsusi qeyd ediblər. “Müstəqil Azərbaycanın sülhsevər şagirdləriyik” adlı açıq havada keçirilən tədbirdə uşaqlar həvəslə asfaltda rəsmlər çəkərək öz bacarıqlarını nümayiş etdiriblər. Sonda sülh rəmzi olan göyərçin havaya buraxılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi