5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü

Ən şərəfli sənət müəllim sənətidir. Müəllim ömrü şagirdlərinin həyat yolunu işıqlandıran şama bənzəyir.

Məktəbimizin bu ilki “Müəllimlər Günü” ötən illərdən fərqli keçdi. Tarix müəllimimiz Qurbanova Esmira və 11 b sinif şagirdlərinin təşkil etdiyi tədbirdə məktəbin direktoru Əliyeva Sədaqət, tarix müəllimi Cəfərov İsfəndiyar iştirak etdilər. Tədbir 44 günlük müharibə zamanı öz qələmini silaha dəyişən “Şəhid Müəllimlərimiz”ə həsr olundu. Onlar bu gün peşə bayramlarını vətənpərvər ruhda böyütdükləri qəhrəman şəhidlərmizlə birlikdə cənnətdə qeyd edirlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi