Anım günü ilə əlaqədar tədbirlər davam edir.

Anım günü ilə əlaqədar məktəbimizin ibtidai sinif müəllimləri Quliyeva Könül və Ələkbərova Fatimə açıq dərslər hazırladılar.Dərslərdə məktəbin direktoru Əliyeva Sədaqət, dərs hissə müdirləri Hüseynov Elçin və Əliyev Cavanşir iştirak etdilər. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan dərslərdə şagirdlər böyük həvəslə iştirak etdilər. Şəhidlərin həyatı haqqında hazırladıqları təqdimatlar, söylədikləri şeirlər vasitəsilə kiçik qəlblərində şəhidlərin xatirəsinə olan böyük məhəbbəti görməmək mümkün deyildi. Dərslər məktəb rəhbərliyi tərəfindən təhlil olundu.

              Azərbaycan xalqı var olduqca şəhidlərmizin xatirəsi böyükdən-kiçiyə hər kəsin qəlbində əbədi yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi