6 iyun Rus dili günü qeyd olundu

N.Nərimanov adına 128 N-li tam orta məktəbin görkəmli rus şairi ,dramaturqu ,müasir rus dilinin yaradıcısı Aleksandr Sergeyeviç Puşkin ad gününü qeyd etmək üçün dəyirmi masa təşkil edilmişdi . BMT-nin 2010-cu ildə A.S.Puşkinin doğum gününü Rus Dili Günü elan edib.6 iyun 2016-ci il tarixində rus dilinin banisi hesab edilən şairin anadan olmasının 217-ci il dönümünə həsr edilmiş dəyirmi masada məktəbimizin V və VI sinif şagirdləri iştirak etmişdir .Dahi şair haqqında məlumat verildi .Onun həyatı ,yaradıcılıq yolu izlənildi .Yazıçının “Balıqçı və balıq“ nağılından parçalar göstərildi. Şagirdlərimiz rus dilində şeirləri ,mahnılar səsləndirdilər.Dəyirmi masanın məqsədi: 1. Rus dilinin qorunması ,dəstəklənməsi və inkişaf etdirilməsi 2. Şagirdlərimizin dünya ədəbiyyatına marağın cəlb edilməsi 3. Rusiya ilə dost münasibətlərimizi möhkəmləndirmək 4.Azərbaycanda rus dilinin öyrənilməsinə böyük maraq yaratmaq 5. Rus dilinin tədrisi üçün lazımi şəraitin yaradılması
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi