"Yaşam üçün mücadilə"

Sitarənin kədərli olduğu üz gözündən bəlli idi. İki gün əvvəl aldığı bəd xəbər qardaşının koronaya yoluxması qızı əmməli-başlı

Kiçik yaşlarından yetim qalmışdılar. Valideynləri avtomobil qızasında həlak olanda Mübarizin 5, Sitarənin isə 3 yaşı vardı. Bir elə yaxın qohumları da yox idi ki, bu talesiz uşaqlara həyan olsun. Anasının uzaq qohumlarından biri onları uşaq evinə vüemiş, sonra isə internnat məktəblərinin birində təhsillərini başa vurmuşdular. Uşaqlar ortada qalmasınlar deyə analarının xalası qızı Sitarəni evinə gətirmişdi. Mübariz isə heç kəsə yük olmaq istəməmişdi. O gündəlik çörək pulunu qazanmaq üçün hər bir işə gedir və fəhlə bazarındakı yataqxanada gecələyirdi. Mübariz həftədə bir neçə dəfə bacısı ilə telefon əlaqəsi saxlayır, hər istirahət günü axşam isə bacısını görməyə gedirdi. Hər gedişində Sitarə üçün mütləq şirniyyat,paltar və bir qədər də pul aparırdı. “Özgəsinin evidir, qoy, bacım xəcalət çəkməsin”- deyə fikirləşirdi. Hər dəfə qardaşını görəndə Sitarənin ürəyi atlanır,sevinir,qardaşı ilə fəxr edirdi. Amma bu korona xəstəliyi yayılandan elə bil Sitarənin canına ad düşmüşdü. Hər dəfə qardaşı ilə danışanda, hər dəfə görüşəndə deyərdi:”Mübariz, qurbanın olum ehtiyatlı ol,maskasız heç yerə getmə”. Mübariz isə hər dəfə, “Bu korona filan hamısı yalanddır, belə bir şey olsaydı mən çoxdan yoluxmuşdum, hanıvarsa, gəlsin, məni yoluxdursun”.

Sitarə isə qardaşını heç cür başa sala bilməyəcəyini anlayır, ah çəkir, dolub dururdu. Bütün bunları fikirkəşən Sitarə yaşadığı evə qədər bu səkkizinci dayanacağı nə vaxt çatdığınıqətiyyən hiss etməmişdi. O düşmək üçün yavaş-yavaş adamları aralayıb düşür.

Bu zaman sürücü bayaqki eybəcər musiqiyə ara vermişdi və məşhur müğənnilərdən biri məlahətli səslə oxuyurdu: “Getmə məndən uzaq,qal sənə qurban” Sitarəni soyuq tər basdı, dayayanacaqdan evə qədər yolu bir nəfəsə qaçaraq gəldi, paltarlı çarpayıya uzandı, hıçqıra-hıçqıra ağladı. Onun göz yaşları qurumaq bilmirdi. Sitarənin evində qaldığı xanımın adı Yasəmən idi. Yasəmən xala: - Ay qızım, nə olub sənə,hələ ortada heç nə yoxdur. Allaha şükür sağ-salamatdır. Azdır məgər, xəstəxanalarda koronaya yoluxan? Onların cəmi 1-2 faizi ölür.

Qız isə bunları sanki eşitmir, hönkürtü ilə ağlayırdı. Sitarə nə vaxt yuxuya getdiyini hiss eləmədi. Bir də səhər saat 7-də səsə oyandı. Yasəmən xala kiminləsə telefonda ucadan danışırdı. “Necə? Nə zaman? Necə oldu? Nə vaxt gələk?” Deyəsən,artıq Sitarə söhbətin nədən getdiyini anlamışdı. Yasəmən xala Sitarənin onun arxasında durub qulaq asdığını görüncə ağlamağını gizlətməyə çalışdı, o biri otağa keçdi. Heç bir saat çəkmədi ki, qonşular evin ətrafına toplaşdılar. Mübarizin meyidini xəstəxanadan gətirmək lazım idi. Meyidin dezinfeksiya olunub gətirilməsi bir neçə saat çəkdi. Meyid basdırılarkən Sitarənin hıçqırıq səsi mollanın səsinə qarışmışdı. Dərin hüzn içində evə qayıdan Sitarə yolda xəstəxanadan qayıdarkən dinlədiyi mahnını xatırladı, “Getmə, kimsəsizəm, qal sənə qurban”.

Son zamanlar Covid adlı bəlanın gəlməsi ilə həyatımızda baş verən dəyşiklikdən qaynağlanan məktəbimizin 8 ç sinif şagirdi Quliyeva Lətifə "Yaşam üçün mücadilə" adlı hekayə yazıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi