Lütfi Zadənin anadan olunmasının 100 illiyi

  2021-ci ilin fevral ayında dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olunmasının 100 illiyi tamam olur.

                Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoymuş və yeni yanaşma üsulları meydana gətirmişdir. Bütün bunlar intellektual texnalogiyalara güclü təsir göstərmiş, informasiya-kommunikasiya sistemlərinin formalaşmasında mühüm rol oynamışdır.

                Lütfi Zadə elə bir xəzinə qoyub getmişdir ki, əsrlər boyunca insanlar onun xəzinəsindən yararlanaraq, alim haqqında filmlər çəkilmişdir.

                Məktəbdə Lütfi Zadənin 100 illik yubleyi ilə əlaqədar 10.06.2021-ci ildə informatika müəllimi Muxtarova Rəqsanə 5 b sinif şagirdləri ilə alim haqqında sənədli film izlədilər.Məqsəd alimin həyat, yaradıcılığı, kəşfləri ilə şagirdləri daha da yaxından tanış etmək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi