"Aprel döyüşləri"

Aprel döyüşləri- böyük zəfərin başlanğıcı. 2016-cı ilin aprelin əvvəlində baş vermiş ermənilərin növbəti təxribatı aprel döyüşləri kimi tarixləşdi.

            Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nıticləndi. Tərtər rayonun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcənlı, Gülüstan və Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Amma itkisiz qələbə olmur, bu “ Dördgünlük müharibə” də bir çox Azərbaycan oğulları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

            Məktəbimizin tarix müəllimi Qurbanova Jalə 8-b sinfi ilə aprel hadisələrinə həsr olunmuş açıq dərs verdi. Dərsdə şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söyləyib, əbədi-bədii kompozisiyalar nümayiş etdirdilər, sənədli filmə baxdılar. “Aprel döyüşləri” gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəlməsində də böyük rol oynadı və əminliklə deyə bilərik ki, bu günki qələbəmizin başlanğıcı məhz “Aprel döyüşləri” ilə başladı.

https://youtu.be/J4rCNyFlHIc

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi