“Azərbaycanlıların Soyqırımı Günü”
31 Mart Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımın 103-cü il dönümü ilə əlaqədar məktəbimizin tarix müəllimi Qurbanova Jalə və təlim-tərbiyə işləri üzrə direktor müavini Əliyev Cavanşir 8-b sinfi ilə soyqırım haqqında filmə baxdılar və qeyd olundu ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ,Naxçıvan və digər ərzailərdə bolşeriklərdən və Daşnaqsütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş on minlərlə insan itkin düşmüşdür. Daha sonra bir daha şagirdlərin diqqətinə çatdırıldı ki, xalqımıza qarşı əsirlər boyu bir çox soyqırımlar törədilmiş, amma təəssüflər olsun ki, uzun illər siyasi müstəvidə qiymətini almamışdır.
1998-ci il martın 26-da Ümumilli lider Heydər Əliyevin fərmanı ilə hadisələrə adekvat siyasi qiymət verilib və 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.