"Fərqli Fərdlərin Sosial Adaptasiyası" layihəsi

               Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı  ilə “Oriqami” uşaq və  yeniyetmələr ictimai birliyi Bakı şəhəri, Maştağa qəsəbəsində “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasına dekabr ayından start vermişdir.

             Layihə rəhbəri N.Nəcəfov kəndin əhalisinin sosial şəraitinə bələd olan təşkilatçı kimi bu layihəyə məktəbliləri cəlb etmişdir.  Layihəyə yeniyetmə gənc qızlar və oğlanlar cəlb olunmuşdur. N.Nərimanov adına 128N-li tam orta məktəbimizdən  dəvət olunmuş 8 şagird müəllimlərin müşayiəti ilə 17.02.2021-ci il tarixdə tədbirdə iştirak etdi. Covid-19 pandemiyası şərtlərinə uyğun olaraq şagirdlərin layihə mərkəzində yaradılan şəraitdə görüşü təqdirə layiqdir. Gənc oğlan və qızları, müasir həyatımızda rastlaşa biləcəyi çətin və qeyri-adi hallara daim hazır olması, fərqli fərdlərin diqqətdə saxlanması, qayğı və xüsusi sevgiyə ehtiyacı olması barədə layihə rəhbərinin çıxışını maraqla dinlədilər.

            Məhz, 128N-li tam orta məktəbin layihədə iştirakı məqsədyönlüdür. Məktəbin “Evdə təhsil ” ə cəlb olunmuş şagirdləri üçün belə görüşlərin keçirilməsinin vacibliyi vurğulandı.

            Gələcək layihələrdə xüsusi qayğıya ehtiyacı olan, “Evdə təhsil” ə cəlb olunmuş şagirdlərlə “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyində görüş nəzərdə tutulur.

           Təşkilatçılara öz dərin minnətdarlığımızı bildirir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi