Haqqınız ödənməz, ey ölümləri ilə ölümsüzlüyə imza atan igidlərimiz!

              31.12.2020-ci il ilin son günündə də 128 nömrəli məktəbin kollektivi həmrəylik göstərərək daha bir şəhid ailəsinin kədərinə şərik oldu.Şəhid Novruzov Rəşad Elşad oğlu 255 nömrəli məktəbin məzunudur. Evin ilki olan Rəşadın bir bacısı və qardaşı var.Anası və atası Rəşadın zəhmətsevər və vətənsevər bir övlad olduğunu danışdılar. Məhz vətənə olan sevgisi onu döyüşlərdə ön sıralarda getməyə sövq edirdi. Şəhidlərimizin xatirəsini hörmətlə anır və ruhları qarşısında baş əyirik. Haqqınız ödənməz, ey ölümləri ilə ölümsüzlüyə imza atan igidlərimiz!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi