Şəhid və qazi ailələrində böyüyən uşaqlara baş çəkmək.

             Sabunçu İcra hakimiyyəti və Sabunçu direktorlarının birgə təşkil etdiyi layihədə bizim məktəbimiz də, iştirak edirdi. Layihənin həyata keçirilməsində məqsəd şəhid və qazi ailələrində böyüyən uşaqlara baş çəkmək, onların kiçik ürəklərinə sevinc gətirmək idi. Bizim məktəbin öhdəliyinə düşən şagird Ramana kənd 90 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Əliyev İsmayıl Abbas oğlu idi. Atası Əliyev Abbas Salam oğlu 9 oktyabr tarixindən etibarən döyüşlərə qatılıb. Qubadlı, Füzuli döyüşlərində iştirak edib.Noyabrın 2-də Xocavənd uğurunda gedən ağır döyüşlər zamanı şəhidlik zirvəsinə ucalaraq şəhadətə qovuşub.

            İsmayıl bizi sevinclə qarşıladı. Ən çox sevdiyi fənn riyaziyyat fənnidir.Çalışma dəftərini göstərərək izahlar da verdi. İdmanla da məşğul olur. Yarışlarda qazandığı medalları bizə göstərdi. Artıq məktəbimizin Ramana kəndində İsmayıl adlı dostu var.                                                                                                                  Ümumiyyətlə məktəb rəhbərliyi kənd nümayəndəliyi ilə mütəmadi olaraq qazi və şəhid ailələrinə baş çəkir, onların dərdinə şərik olmağa çalışır. Şəhidlərimizə allahdan rəhmət diləyir, ailələrinə səbir arzulayırıq. Qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi