1 İyun- Uşaqların Beynəlxalq müdafiə gününə həsr olunmuş tədbirlər silsiləsindən

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaqlarla bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsi məqsədilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunmuşdur. Uşaqların Beynəlxalq müdafiə günü münasibətilə Sabunçu İcra hakimiyyəti tərəfindən təşkil olunmuş tədbirdə məktəbimizin 6-b sinif şagirdi Sultanova Fatimə iştirak edirdi. İcra başçısının müavini Rəna xanım Fərəcova şagirdlərlə onlayn görüş keçirərək onları təbrik etmişdir. Təhsil Nazirliyinin Respublika Fənn Olimpiadası Qaliblərilə keçirdiyi onlayn görüş də məhz 1 iyun tarixində təsadüf edirdi. Coğrafiiya fənni üzrə qalibləri Zeynalov Ərrəhman və Rzayev Ələmdar tədbirin iştirakçısı idilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi