"Evdə qal, təhsildən qalma" adlı layihə

Həyatımizda bəzən elə gözlənilməz çətin hadisələr olur ki,biz hamımız birlikdə o çətinliklərin öhdəsindən gəlmək üçün çalışırıq Bütün dünyanı lərzəyə salan koronovirusla bağlı covid 19 epidemiyasının törətdiyi faciələr hamıya bəllidir.Bu virus bizim ölkəmizdən də yan keçmədi.Amma möhtərəm prezidentimizin vaxtında verdiyi qabaqlayıcı qərarlar bu günümüz üçün çox önəmlidir.Onlardan biri də 03 mart 2020 ci il tarixindən mövcud vəziyyətlə bağlı təhsil müəssisələrində NK nin müvafiq qərarına əsasən sosial izolyasiya tədbirləri çərçivəsində tətil elan edilmişdir və hazırda da davam edir. Bir çox məktəblər mövcud imkanlardan istifadə edərək onlayn dərslər təşkil etmişlər ,o cümlədən də 128 nömrəli məktəbin müəllim və şagird kollektivi “evdə qal, sağlam qal ” şüarına əməl etməklə yanaşı , “evdə qal, təhsil al” şüarına da ciddi  əməl edir. Belə ki müəllimlərimiz həm ibtidai ,həm də yuxarı siniflər üzrə hansı şəraitdə dərs ötürmək və öyrətmək imkanı varsa, mümkün qədər istifadə etməyə çalışırlar.Bəzi müəllimlər  videokonferans-- görüntülü canlı dərslər  təşkil etmək üçün Hanqouts - online və Zoom- online dərs proqramlarından istifadə edirlər.Bəzən yaşadığımız şəraiti də nəzərə alaraq (şagirdlərin hamısının kompyuterlə təmin olunmaması, bəzi ailələrin internetə qoşula bilməməsi) video dərslər alınmadıqda telefon vasitəsilə şagirdlərlə, valideynlərlə əlaqə saxlayıb tapşırıqlar verməklə də onları diqqət mərkəzində saxlamaq mümkün olur.Telekanallarda yayımlanan virtual dərslərə kütləvi cəlb olunmalar - bütün bunların hamısı birmənalı şəkildə bir məqsədə xidmət edir:  heç bir çətinlik bizi qorxutmamalı, şagirdləri məsafədən də olsa dərsə cəlb etməklə, işimizi mütəşəkkil qurmaqla şagirdlərimizi sağlam ruhda böyütməliyik.  Hər işdə bir olmalıyıq. Bir olmalıyıq ki,  balalarımızı da qoruya bilək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi