"Buling nədir"?! adlı seminar məşğələ keçirildi

28.11.2019-cu il tarixində məktəbin tərbiyə işləri üzrə direktor müavini Səidə Əhmədova (rus bölməsi) 9c sinfinin təşkilat saatında “Buling nədir?!” mövzusunda mühazirə ilə çıxış etdi. Səidə Əhmədova təqdimatda BMT-nin Uşaq Fondu (UNİCEF) mənbələrinə istinad edərək Bulinq anlayışının nə olduğunu, Bulinqin formaları, Bulinqin öhtəsindən necə gələ bilərəm? Bulinq halını müşahidə etdiyim zaman necə davranmalıyam? və s. kimi mövzularda məruzə etdi. Məruzənin sonunda sinif rəhbəri Şəfiqə Yəhyayeva şagirdlərlə hər suala əsasən faktlar gətirərək mövzunun diskusiyasını təşkil etdi.           

 Murad Fərəcov Bulinqə məruz qalan zaman nə etməliyəm sualını öz fərdi fikri ilə əsaslandıraraq belə situasiyada öz hobbisi ilə məşğul olacağını, qısnamalara təmkinli yanaşaraq böyüklərdən kömək istəyəcəyini bildirdi.

Ayan Quluzadə çıxış edərək bildirdi ki, mən Bulingə məruz qalan zaman xətrimə dəysədə belə onu hissetdirmədən öz işimlə yəni zehni və ya fiziki bir işlə məşqul olaram.

Namazova Zəhra Bulingin formalarını izah etdi və fikrinin sonunda Antibuling təbliğatının aparılmasında hər bir şəxsin bu işdə məsuliyyətinin olduğunu şərh etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi