"Gəlin Əli ilə tanış olaq" adlı diskusiya keçirildi

22.11.2019-cu il tarixində 10b sinfində təşkilat saatında sinif rəhbəri G.Əhmədova “Bulinq nədir ?!”adlı seminar məşğələ keçirmişdi. Seminarda Bulinqin formaları, Bulinq halını müşahidə etdiyim zaman necə davranmalıyam?! adlı mövzular səsləndirildi. Şagirdlər mövzuya əsasən müxtəlif videoçarxlar izldilər. Zalov Rəvan “Gəlin Əli ilə tanış olaq”adlı mətni oxuyaraq həmyaşıdları ilə seminarın növbəti mərhələsində müzakirəni təşkil etdi. Baxşızadə Zəhra xanım Bulinq edən, Bulinqə məruz qalan və Bulinqə şahidlik edənlər haqqında fərdi yanaşmalarını bildirdi.

            Məktəbin tərbiyə işləri üzrə dilrektor müavini Səidə Əhmədova müzakirələrin sonunda “Bulinqə məruz qaldıqda nə etmək lazımdır?!” sualı ilə şagirdlər arasında aparılan diskusiyasını yekunlaşdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi