X-XI sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi

8.11.2019-cu il tarixdə məktəbin X-XI sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüşdə məktəbin direktoru T.Əsədova, tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova və X-XI siniflərin rəhbərləri iştirak etdilər.
Görüşün əsəs məqsədi şagirdlərin vahid məktəbli forması qaydalarına riayət etməsi və dərsə davamiyyət məsələsi idi.
Direktor çıxış edərək X-XI sinif şagirdlərinin valideynlərinə onların təlim-tərbiyəsi, vahid geyim forması və təlim nəticələri barədə danışdı. Sonra tərbiyə işləri üzrə direktor müavini sentyabr, oktyabr ayları üzrə davamiyyət sahəsində nəticələri qeyd etdi.
Sinif rəhbərləri müəllim şagird münasibətlərindən söhbət açdı. Məktəbli kitabçalrının valideynlər tərəfindən izlənilməsi tövsiyə edildi. Sonra valideynlərin çıxışları dinlənildi.
Görüşün sonunda valideynlərə övladların təlim tərbiyəsi ilə əlaqədar tövsiyyələr verildi.