"Azərbaycan Respublikası Dövlət Bayrağı Günü"nə həsr edilmiş tədbir keçirildi

Bu gün məktəbdə təşkil olunan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Üçrəngli dövlət bayrağı təntənəli musiqi sədaları altında səhnəyə gətirildi. Tədbirdə şagirdlər dövlətin atributlarından biri olan bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından danışdilar.
Tədbirdə çıxış edən məktəb direktoru ümummilli lider Heydər Əliyevin “Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur” sözlərini bir daha şagirdlərə xatırlatdı, dövlətimizin müqəddəs rəmzlərindən olan bayrağımızın doğma Qarabağımızda dalğalanmasını arzulayaraq məktəblilərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğuladı.