C.Məmmədquluzadənin "Ölülər" tamaşasına baxış keçirilmişdir

Məktəbin yuxarı sinif şagirdləri ADİU-nun "Tədris teatrı"nda "C.Məmmədquluzadənin eyniadlı komediyası əsasında hazırlanmış tamaşaya baxmışlar. ADİU tərəfindən ayrılmış avtobusla teatra yollanan şagirdlər tələbələrin ifasında tamaşaya baxmış və məktəbə qayıtmışlar. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri tamaşadan sonra şagirdlərin təəssüratlarını öyrənmiş, onlara əsərin qayəsi haqqında ətraflı məlumat vermişlər.