OXUNAN BÜTÜN ŞEİRLƏRİN ADI "VƏTƏN" OLDU

Məktəbin akt zalında Azərbaycan Yazıçılar Birliyi Uşaq ədəbiyyatı şöbəsinin müdiri tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüşə şagirdlər, valideynlər, məktəbin müəllimləri və məktəbdə təcrübə keçən tələbələr toplaşmışdı.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəmsi Qoca sonra sözü tədbirin aparıcısı, AYB-nin əməkdaşı Nuranə Nura verdi. Nuranə Nur bu görüşün tarixi bir günə- Qarabağda Milli Ordumuzun qələbələr qazandığı dövrə düşdüyünü qeyd edərək hamını Vətənimizin bütövlüyü uğrunda şəhid olan əsgərlərimizə sayğı duruşuna dəvət etdi. daha sonra o, şair Qəşəm Nəcəfzadənin həyat yaradıcılığından danışdı. Qəşəm Nəcəfzadəyə həsr olunmuş film nümayiş etdirildi. Şairin qələm dostlarından "Olimpiya dünyası" qəzetinin baş redaktoru, şair Murad Qoçuoğlu onun yaradıcılığında Vətən mövzusu, vətənpərvərlik motivləri haqqında danışaraq, şairin şeirlərindən nümunələr söylədi. Görüşdə iştirak edən tanınmış təhsil eksperti Nadir İsrafilov şairə yaradıcılıq uğurları diləməklə, belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd etdi.Məktəbin şagirdləri tərəfindən hazırlanmış kompozisiya, VI sinif şagirdi İlkin Laçınlının sazda ifa etdiyi el havaları, Azərin ifa etdiyi "Ay Vətən" şeiri tədbirin maraqlı olması ilə bərabər şairin özünü də riqqətə gətirdi. Şagirdlərin verdiyi sualları cavablandıran Qəşəm Nəcəfzadə onların mütaliə səviyyəsini yüksək qiymətləndirdi və kitablarını şagirdlərə hədiyyə etdi. Tədbirin sonunda İlkin Laçınlının sazda ifa etdiyi "Qarabağ şikəstəsi" iştirakçılar tərəfindən ayaq üstə və alqışlarla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi