Diaqnostik qiymətləndirmə keçirildi
Oktyabrın 19 – da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə IX sinif şagirdləri ilə ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə diaqnostik qiymətləndirmə aparıldı.
Məktəb üzrə şagirdlərin iştirakı təmin edildi. İmtahan obyektiv və təlimata uyğun keçirildi.