Əbədiyyən müstəqilik diləyi ilə

18 oktyabr 2019-ci il tarixində məktəb direktoru T.Əsədova, tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova, təlim-tətbiyə işləri üzrə direktor muavini Rauf A. 5a, 9b, 6a siniflərində X.Məhəmmədovanın, S.Fətəliyəvanın, Ş. Məmmədovanın iştirakı ilə “Azərbaycan Respublikasının Müstəqillik Günü”nə həsr olunmuş müxtəlif adlı tədbirlər keçirildi. Tədbirdə şagirdlər fəal iştirak edirdi. Məktəb direktoru T.Əsədova Azərbaycanın müstəqillik əldə etməsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etdi. Mövzu ilə bağlı müəllimlər də çıxış etdi. Tədbirlərdə şagirdlər Azərbaycanın müstəqilliyinə həsr olunmuş təqdimatlarla çıxış etdilər, sonda video çarxlar nümayiş olundu.