Pedaqoji şura keçirildi

23.09.2019-cu il tarixində məktəbdə Pedaqoji şura iclası keçirildi. İclası giriş sözü ilə məktəbin direktoru Tərminə Əsədova açdı. O, məktəbdaxili nizam-intizam məsələləri. Müəllimlərin etik-davranış məsələləri barədə danışdı. Çıxış zamanı məktəbin direktoru məktəbdə şagirdlərin mühafizəsinin təşkilinin müəllimlərin içtimai vəzifəsi olduğunu xüsusilə vurğuladı.     Təlim-tərbiyə işinin təşkili və tədrisin ilkin vəziyyətinə dair məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini R.Abdullayev çıxış etdi və yeni tədris ilinə dair müəllimlərə tövsiyələr verdi.

Dərsə davamiyyət məsələlərinə, valideynlərlə maarifləndirmə işlərinə, məktəbdə növbətçiliyin təşkilinə məktəbli kitabçalarının tərtibinə və müntəzəm tətbiqinə dair və.s. ilkin görülmüş işlər barədə məktəbin tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova məlumat verdi.

Dərslik ve muellim ucun metodik vesaitlerin teminati ve istifade qaydalari muzakire olundu.

Müvafiq qərarlar qəbul edildi.