"Bilik günü" qeyd olundu

 

 Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazımbəy, Yusif Məmmədəliyev kimi yüzlərlə nəhəng alim və filosoflar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.

          Yeni dərs ilinin açılış mərasimini qeyd etmək üçün məktəbin həyətində bu əlamətdar günü qeyd etmək üçün tədbiri Azərbaycan Respublikasının Dövlət atributlarından olan Dövlət himni sədaları altında açıq elan edildi!

          Məktəbin direktoru Tərminə xanım Əsədova şagirdləri və müəllim kollektivini bilik günü münasibəti ilə təbrik etdi, arzularını bildirdi.                                                  

Türk dünyasının, türk mənəviyyatının ünsürlərindən olan bir rəqs nümunəsi “Bilik Günü” münasibətilə 7 a sinif şagirdlərinin ifasında təqdim olundu.

Məhz bu gündə Bakı şəhərinin bolşevik və daşnaklardan azad edilməsi ilə bağlı məktəbin qabaqcıl müəllimlərindən olan Ş.Məmmədovaya şagirdlərə qısa məlumat verdi.

          Ali məktəblərə qəbul  imtahanlarında tələbə adını qazanmış məzunlardan olan Gülnur Heydərova əldə etdiyi uğurlarda haqqı-sayı olan müəllimlərinə və məktəb rəhbərliyinə dərin təşəkkürünü bildirdi.  

8 b sinif şagirdi olan Aysu Əhmədova həmyaşıdlarının bilik xəzinəsinin qapilarını açmaq üçün olkəmizin tarixinə və mədəniyyətinə aid suallar verdi. Sualları düzgün cavablandıran hər bir şagird Əyləncəli Riyaziyyat adlı kitabla mükafatlandırıldı.

          Şagirdlər  ilk zəngin sədaları altında sinif otağına yola salındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi