Şagirdlərimiz Naxçıvandadır

Məlum olduğu kimi Novruz bayramı günlərində respublikamızda çox böyük bir layihə həyata keçirilir. Ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən "Ölkəmizi tanıyaq" layihəsi gənclərimizdə tariximizə, milli-mənəvi dəyərlərimizə hörmət və ehtiram ruhunun aşılanmasında müstəsna rol oynayır. Layihə çərçivəsində nəzərdə tutulan Naxçıvana səfər turunda məktəbimizi 3 şagird- XI sinif şagirdləri Mansurova Həvva və Vəliyeva Südabə, X sinif şagirdi Əliyeva Leyla təmsil edirlər. Martın 24-də Binəqədi RİH-də gənclərin yolasalma mərasimində çıxış edən məktəbin direktoru Şəmsi Qocayev bu layihənin müstəsna əhəmiyyətini qeyd edərək şagirdlərimizi fəal olmağa, məktəbimizi layiqli təmsil etməyə çağırmış, onlara mənalı istirahət və xoş ovqat arzulamışdır. Məktəbin 7-ci sinif şagirdi İlkin Laçınlının sazda ifa etdiyi musiqilər Naxçıvana yola düşən gənclərdə və tədbir iştirakçılarında dərin təəssürat oyatmışdır. Naxçıvandan aldığımız xəbərlərə görə Binəqədi gəncləri Heydər Əliyev Mərkəzində, "Badamlı" zavodunda, Naxçıvanın bir sıra tarixi məkanlarında və sənaye obyektlərində olmuşlar. Səfər davam edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi