Novruz şənlikləri yaddaqalan olmuşdur

Həmişə olduğu kimi məktəbin müəllim və şagird kollektivi bu Novruzu da xoş ovqatla, yaddaqalan tədbirlərlə qeyd etmişlər. Məktəbin foyeləri, sinif otaqları Novruz atributları və Novruza həsr edilmiş divar qəzetləri ilə bəzədilmişdir. Sinif otaqlarında başlayan bayram tədbirləri daha sonra foyedə və həyətdə qalanmış tonqal ətrafında davam etdirilmişdir. Şən və oynaq mahnılar bir-birini əvəz etdikcə şagirdlər, valideynlər, müəllimlər rəqs etmiş, Novruz süfrələrindəki nemətlərə qonaq olmuşlar. Tədbirdə çıxış edən məktəbin direktoru Şəmsi Qocayev Novruzun tarixindən, onun qədim gələnəklərinin xalqımızın milli-mənəvi dəyərlərinin inkişafında oynadığı roldan söz açmışdır. Daha sonra isə valideynlər və müəllimlər çıxış edərək şagirdləri təbrik etmişdir. Tədbir yaddaqalan və maraqlı olmuşdur.