"Son Zeng tədbiri" keçirildi

    14 iyun 2019–cu il tarixində məktəbimizdə ənənəvi olaraq “Son zəng” tədbiri keçirildi. Bu il 50 nəfər şagird məzun adını qazandı. "Son zəng" tədbirində  Binəqədi rayonu Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, məktəbimizin rəhbər işçiləri, pedaqoji kollektivi, valideyn və şagirdlərimiz iştirak etdilər.

    Tədbiri giriş sözü ilə açan məktəbin tərbiyə işləri üzrə direktor müavini Səidə Əhmədova qonaqları salamladı və milli sərvətimiz olan Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında tədbiri açıq elan etdi. Sonra tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Tərminə Əsədova 2018–2019–cu tədris ilinin "Təhsildə Keyfiyyət ili" elan olunması ilə əlaqədar məktəbdə görülən işlərdən və qazanılmış uğurlardan danışdı.

    Məktəbin tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova çıxışında Prezidentmiz İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsini və bu ilki məzunlarımızın məzun olduğu ilin yəni 2019-cu ilin dahi mütəfəkkir İ.Nəsiminin anadan olmasının 650 illiyinə təsadüf etməsini xüsusi vurğuladı.

     “Əziz məzunlarımız, məlumdur ki, tarix ancaq onu öyrənib imtahan vermək üçün deyil” deyə məzunlara müraciət edən Təlim-tərbiyə işlri üzrə direktor müavini R.Abdullayev tərbiyyəvi nəsihətlərdən sonra məzunlara xeyir-dua verərək onlara gələcək həyatlarında uğurlar arzuladı.

    Natiqlər DİM–in qəbul imtahanlarının I mərhələsindən yüksək bal toplamış məzunları da təbtik etdilər.

   Məktəbin ictimai işlərində fəal iştirak edən müəllimləri tədbirdə məktəb rəhbərliyinin Fəxri fərmanı ilə təltif edildilər. Binəqədi Rayonu Gənclər və İdman İdarəsinin rəisi R.Həsənov gənclərimizin elmi və mənəvi potensialının inkişafına, uşaqlarımızın sağlam böyüməsinə, şəxsiyyət kimi formalaşmasına xidmət edən müxtəlif dövlət proqramlarının uğurlu nəticələrindən söhbət açdı və çıxışının sonunda isti, əziz ana qucağı tək müqəddəs olan məktəblərindən ayrılan məzunlara arzularını ifadə etdi.

    XI sinif məzunları öz maraqlı və məzmunlu çıxışlarında vətənə, müəllimlərə, məktəbə olan hörmət və sevgilərini ifadə etdilər. İstedadlı şagirdlər mahnı, rəqs və şeir nümunələri ilə məzunları təbrik etdilər. Tədbirin sonunda məzunlar dövlət rəmzi olan bayrağımızı yüksəklərə uçaldaraq Ü.Hacıbəyovun “Koroğlu” uverturasının sədaları altında tədbiri yekunlaşdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi