Tarix dərsi 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olundu

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tarix dərsi təbiətin qoynunda tədris olundu.
Ş.Məmmədova 10a sinfinfinin tarix dərsini məktəbin həyətində tədris etdi. Bu dərs saatında Azərbaycan gənclərinin Azərbaycanın inkişafında rolundan, uşaq və gənclərə göstərilən dövlət qayğısından danışıldı.
Şagirdlər ön Asiyada yerləşən Qədim Azərbaycan torpaqları haqqında çıxışlar etdilər.
Dərsdə Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün cənub və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edən torpaqlarımızın təbiəti, tarixi və mədəniyyəti ilə bağlı faktlardan ibarət müzakirələr aparıldı.