1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər keçirildi.

Məktəbdə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər keçirildi. Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan kompozisiya, mühazirə, seminar, konfrans, “Dəyirmi masa”lar, fləşmob, idman, yarışları təşkil edilib. Tədbirlərdə uşaqların hüququnun təmin edilməsi ilə bağlı 1 iyun 1950-ci il tarixdə BMT-nin Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınan Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə geniş məlumat verilib.

Tədbirlərdə məktəbin direktoru T.Əsədova çıxış edərək ulu öndər Heydər Əliyevin hər zaman uşaqlara xüsusi qayğı, diqqət və məhəbbətlə yanaşdığını, ölkə Prezidenti İlham Əliyevin uşaqların savadlı, sağlam böyüməsi, rifahının yüksəldilməsi məsələlərini dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi qəbul etdiyini vurğuladı.

“Xoşbəxt olsun uşaqlar” adlı bədii gecədə şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus rəqslər ifa edib, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi