"Valideynin məktəbdə bir günü" adlı layihə həyata keçirildi

Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının  təmin edilməsi, infrastruktur və tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, məktəbin pedaqoji  heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması məqsədi ilə məktəbimizdə valideynlərin məktəb həyatı ilə tanışlığı ikinci yarımildə də təşkil edilmişdir. Tanışlıq 19 mart 2019-cu il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdim etdiyi “Valideynin məktəbdə bir günü” layıhəsinin proqramı əsasında 30 may 2019-cu ildə reallaşdırılmışdır. Tədbirin tətbiqi zamanı 09:00-09:30-dək tədbirin rəsmi açılışı, 09:30-10:15-dək məktəbin infrastrukturu, maddi-texniki bazası ilə tanışlıq, 10:35-11:20-dək tədris olunan dərslərdən 3 fənn üzrə dərs müşahidələri, 11:00-12:00-dək Valideynlərin təklif və tövsiyələrinin dinlənilməsi, məktəb kollektivinin valıdeynlərlə marifləndirici xarakter daşıyan söhbətlərinə əsaslanan seminar, 12:00-13:00-dək isə istedadı ilə fərqlənən şagirdlərin təşkil etdiyi kompozisiyalardan ibarət bədii hissə təşkil edlmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi