28 May Respublika gününə həsr olunmuş tədbir keçirildi

28 May Respublika gününə həsr olunmuş sisilə xarakterli tədbirlərdən biridə 6 a sinifində Aybəniz Süleymanovanın təşkilatçılığı ilə təşkil olunmuşdur.
6 a sinif şagirdləri Ümummilli liderimiz Heydər Əliyevin 1 fevral 2003-cü ildə Bakı şəhrində Azərbaycan xalq Cumhuriyyətinə ucaltdırdığı abidədən, Azərbaycan milli ordusunun yaranma tarixindən, Azərbaycan bayrağının və Azərbaycan dilinin yenilməzliyindən söhbət açmışlar. Tərbiyə işləri üzrə direktor müavini Səidə Əhmədova çıxışında xalqımızı 28 May- Respublika günü münasibəti ilə təbrik etmiş, sülh, əmin-amanlıq, firəvan həyat və işıqlı gələcək arzulamışdır. Müstəqilliyə gedən böyük yolun mübarizələrindən nümunələr gətirməklə tədbiri Azərbaycan dili və Ədəbiyyat müəllimi Aybəniz Süleymanova yekunlaşdırmışdır.