Məktəbdə "Məktəblinin dostu " layihsinə start verildi
Bu gün məktəbdə məktəbin pedaqoji heyəti ilə “Məktəbin dostu” layihəsinin əməkdaşları arasında görüş keçirildi. 126 №-li məktəbin müəllim heyəti layihənin əməkdaşaları və layihənin iş prinsipi ilə yaxından tanış olurlar. Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətandaşalara Xidmət və sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsini əhatə edir. Layihənin əsas məqsədi məktəblərdə səmərəli mühütün formalaşması işinə tövhə vermək, tədris ocaqlarında tam təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardımı göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim –tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə, diaqnosik işlər aparmaqdan ibarətdir.
Layihənin əməkdaşalrı 15.04.2019-cu il tarixindən məktəbdə fəaliyyət başlayıb. Qarşılıqlı əməkdaşlığa uğurlar arzulayırıq.