Mülki müdafiə gününə həsr edilmiş tədbir

Aprelin 18-də tədbirlər planına əsasən 126 №-li tam orta məktəbdə Mülkü müdafiə gününə həsr edilmiş tədbir keçirilmişdir. Həyəcan siqnalının verilməsi ilə məktəbin müəllim və şagird kollektivi məktəbdən təxliyyə edilmişdir. Qərargah rəisi R. Abdullayev kollektiv qarşısında çıxış edərək fövqəladə hadisələri baş verərkən təhlükənin maksimum azaldılması üçün görüləcək tədbirlərdən danışmışdır. Tədbirdə Binəqədi rayon üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi mayor İ.Məmmədov iştirak etmişdir.