Milli-mənəvi varlığımızın ayrılmaz hissəsi olan İ.Nəsimi yaradıcılıgına həsr olunmuş tədbir keçirildi.

    2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

    Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi dövlət səviyyəsində geniş qeyd edildiyindən məktəbimizdə də Azərbaycan şairi və mütəfəkkiri İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanıb həyata keçirilmişdir.

    Plan əsasında məktəbin əməkdar Azərbaycan dili və ədəbiyyat müəllimi, Z.Məlikovanın hazırladıgı milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsi olan İ.Nəsimi yaradıcılıgına həsr olunmuş  tədbirdə məktəbin 8b sinif sagirdləri, sinif rəhbəri X. Məhəmmədova, kitabxanaçı Ə.Əhmədova, UBR-i  Z.Hüseynova iştirak etmisdir. Tədbirin planınn hazırlanmasında və reallaşdırılmasında əməyi olan hər kəsə məktəbin direktoru T.Əsədova təşəkkür və minnətdarlığını bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi