"3 aprel Zəfər günümüzdür"

Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüş olan Aprel döyüşlərindən 3 il keçir. Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələn bu döyüş günü hər il məktəbimizdə zəfər günü olaraq qeyd edilir. Həmin gün Silahlı qüvvələrimiz tərəfindən Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Məktəbimizin 7-9-cu sinif şagirdləri zəfər gününü idmanın futbol və sərbəst güləş növü yarışlarında qazandıqları uğurla qeyd etmişlər. Qliblər məktəbin idman müəllimləri tərəfindən rəğbətləndirilmişdir.