Novruz adət ən-ənələri

Martın 19-da məktəbin 8Ç sinfinin sinif rəhbəri Şəfiqə Yəhyayeva şagirdləri ilə hazırladığı “Novruz adət ən-ənələri”ni əks etdirən Novruz süfrəsi hazırladı. Digər siniflərdən nümayəndələr tədbirə dəvət olundu. Şagirdlər Novruz süfrəsini əks etdirən nümunələri elə məktəb də bişirib hazırladılar. Məktəbin direktoru və direktor müavinləri şagirdlərin  təqdimatlarını dinlədilər və onlara təşəkkür edərək Novruz bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər. Eyni zamanda həmin gün məktəb kollektivi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi Novruz şənliyində iştirak etdilər. Şagirdlər İ.Nəsiminin yaradıcılığını əks etdirən baner, foto stend, əl işləri və Novruz ünsürlərini özündə əks etdirən süfrə ilə rayon nümayəndələrini və xarici qonaqları qarşıladılar.