“Azərbaycan Respublikasının Dövlət Bayrağı günü”
09 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi, 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı Humanitar Kollecinin təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Üç rəngli bayrağınla məsud yaşa!” mövzusunda inşa yazı, bədii-qiraət və rəsm müsabiqələri keçirilmişdir. Müsabiqələr 7-10, 11-14, 15-17 yaş qrupları üzrə keçirilmişdir.
30-31 oktyabr 2018-ci il tarixində keçirilən bədii-qiraət müsabiqəsi zamanı Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova məktəbliləri salamlayaraq Dövlət Bayrağı gününün mahiyyəti barədə onlara ətraflı məlumat vermişdir.
Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimləri – Mahirə Əliyeva, Nuranə Novruzova, Cəmilə Nəbiyeva və Çinarə Kərimlidən ibarət münsiflər heyətinin qiymətləndirməsinə əsasən müsabiqənin nəticəsi aşağıdakı kimi olmuşdur:
15-17 yaş qrupu üzrə:
Məmmədəliyev Azər Asif oğlu - 126 №-li tam orta məktəb IX sinif