“Müstəqilliyimiz şərəfimizdir” adlı tədbir keçirildi

18 oktyabr 2018-ci il tarixində məktəb direktoru T.Əsədova, tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova, həmkarlar təşkilatının sədri G.Əhmədova və sinif rəhbəri X.Məhəmmədovanın iştirakı ilə “Azərbaycan Respublikasının Müstəqillik Günü”nə həsr olunmuş “Müstəqilliyimiz şərəfimizdir” adlı tədbir keçirildi. Tədbirdə 8-9-cu sinif şagirdləri fəal iştirak edirdi. Məktəb direktoru T.Əsədova Azərbaycanın müstəqillik əldə etməsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etdi. X.Məhəmmədova mövzu ilə bağlı çıxış etdi. Tədbirdə şagirdlər Azərbaycanın müstəqilliyinə həsr olunmuş təqdimatlarla çıxış etdilər, sonda video çarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi